Bakıda müəmma: Avtomobili park etmək həm olar, həm də olmaz – FOTO

Bakıda yol hərəkətinin təşkili ilə bağlı daha bir müəmmalı fakt ortaya çıxıb.

Qafqaznews.az Avtosfer.az-a istinadən xəbər verir ki, fotodan da göründüyü kimi, Dilarə Əliyeva küçəsində qoyulan yol nişanları arasında ziddiyət var.

Belə ki, nişanlardan biri burada dayanma-durmanı qadağan edir. Digəri isə burada avtomobillərin səkiyə paralel şəkildə park edilməsinə icazə verir.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət ediləndən sonra dərhal araşdırma aparılıb.

Məlum olub ki, orada dayanma-durmanı qadağan edən nişan çoxdan var. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları qanunsuz olaraq parklanmaya icazə verən nişan da quraşdırıblar. Ərazidə parkomat olmadığı üçün nişanın ora nə məqsədlə qoyulduğu məlum deyil.

DYP əməkdaşları parklanma nişanını oradan götürüblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR