Bu toyuqlar 1000, yumurtası isə 10 AZN-ə satılır – FOTOLAR

Türkiyənin Bursa şəhərində Ev Heyvanları Sevənlər Dərnəyinin başqan müavini Hasan Erk yaşıl və mavi rəngdə yumurtlayan araucan toyuqlarına son zamanlar bazarda diqqətin artdığını bildirib.
Moderator.az Türk mediasına istinadla xəbər verir ki, son aylarda az tapılması nədənilə qiyməti qalxan toyuqlar əgər keçən il 150-200 lirəyə satılırdısa, indi normal bir damazlığın damızlığın qiyməti 500 ililə 2 min lirə arası (təxminən 250-1000 AZN) dəyişir.
Rəngli yumurtaların dənəsinin bazarda 20 lirədən (10 AZN) satıldığını bildirən dərnək təmsilçisi toyuqların illik yumurta sayının 150 ədəd olduğunu bildirib.
Qeyd edək ki, bu toyuqlar Türkiyəyə 2000-ci ildə Macarıstandan gətirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR