İtaliyada dəhşətli qəza: 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb

Avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb

İtaliyada baş verən yol qəzasında 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb.

Bu barədə “Assosiated Press” İtaliya polisinə istinadən məlumat  yayıb.

Yanvarın 20-də axşam Verona şəhərində baş verən qəzanın detalları araşdırılır.

Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb.

Məlumata görə, avtobusda macarıstanlı məktəblilər olub. Onlar İtaliyada səyahətlərini bitirib Fransaya qayıdırmışlar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR