Ronaldunun 260 minlik maşınını evakuatorla apardılar – FOTO

“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldu “Malaqa” matçından sonra maraqlı bir hadisə yaşayıb.

Qaynarinfo.Az xəbər verir ki, topuğundakı ağrıya və bintə baxmayaraq, matça çıxan Ronaldu qarşılaşmadan sonra qız dostu Corcina Rodriqeslə birlikdə “Lamborqini” markalı avtomobili ilə evə getmək üçün yola çıxıb.

Lakin ağrısı şiddətlənən Ronaldu liman yaxınlığında dözməyib maşınını saxlayıb. Özəl səhiyyə xidmətlərinə zəng edən portuqaliyalı ulduz evinə təcili tibbi yardım maşınıyla qayıtmaq məcburiyyətində qalarkən, evakuator isə avtomobilini aparıb.

Qeyd edək ki, Kriştianu Ronaldu “Lamborqini”sini yeni alıb və onun qiymətinin 260 min funt olduğu bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR