“Microsoft” axtarış servisi Bakının fotosunu paylaşıb

“Microsoft” axtarış servisi olan bing.com gündəlik fotoörtük kimi Bakının fotosunu yerləşdirib.

Oxu.Az bu barədə axtarış servisinin saytına istinadən xəbər verir.

“Bing” Beynəlxalq Microsoft Korporasiyası tərəfindən hazırlanmış axtarış sistemidir. Bu axtarış sistemi “Microsoft” korporasiyasının baş direktoru Stiv Balmer tərəfindən təqdim edilib.

Hazırda “Bing” trafik həcminə görə ən populyar axtarış saytları arasında 2-ci yeri tutur. Onun üstünlükləri sırasına axtarışın nəticələrinin bir səhifədə görünməsi, informasiya həcminin korrektə edilməsi, axtarışın hər nəticəsi üçün “Microsoft Word”də sözlərin mənasının verilməsi daxildir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR