Güclü qar Bakı-Sumqayıt şossesində zəncirvari qəzaya səbəb olub-FOTO

Güclü qar və yolların buz bağlaması Bakı-Sumqayıt şossesində zəncirvari qəzaya səbəb olub.

“Report” xəbər verir ki, qəza nəticəsində bir neçə avtomobil toqquşub.Toqquşan avtomobillərdən ikisi yolun kənarındakı maneələrə çırpılıb. Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR