Azərbaycanda üç gözlü buzov doğulub – FOTO

Kürdəmir rayonunda üç gözlü buzov doğulub.

Qafqaznews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə  rayonun Qarasu kənd sakini Araz Mətətova məxsus fərdi təsərrüfatda qeydə alınıb.

Təsərrüfat sahibinin sözlərinə görə, belə bir hadisəyə birinci dəfədir rast gəlir.

Baş verən hadisə sakinlərin böyük marağına səbəb olub. Hadisənin digər maraqlı tərəfi isə heyvanın hər üç gözündə görmə qabiliyyətinin normal olmasıdır.

Kürdəmir rayon kənd təsərrüfatı idarəsinin heyvandarlıq şöbəsinin rəisi Cahan Zülfüqarovun sözlərinə görə, belə hadisələr əsasən heyvanın ana bətnində inkişafı zamanı əmələ gələn patoloji  haldır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR