Tovuzda 10 min yaşlı tarixi tapıntılar – VİDEO – FOTO

Mamontun çanaq sümüyü saxlanılan muzey

Ölkəmizin qədimdən yaşayış məskəni olduğunu sübut edən eksponatlar məhz bu məkanda toplanıb, qorunub, saxlanır.

ARB 24 xəbər verir ki, Tovuzun Əyyublu kənd sakini Mübariz Mehralıyev həvəskar kolleksiyaçıdır.

Çalışdığı emalatxanada öz imkanları hesabına maddi mədəniyyət nümunələrini toplayaraq bu cür kiçik muzey ərsəyə gətirib.

Mübariz Mehralıyev – Kolleksiyaçı: “Eramızdan əvvəl 1500-2000 ci illəri əhatə edən eksponatlarımız var. Nimçə halında xüsusi eksponatımız var ki, kəndimizin ərazisində yerləşən törətəpə deyilən qəbirsanlıqdan tapılıb. 9-10 minə yaxın yaşı olduğu təxmin edilir.

Eksponatların içərisində sərgilənən çəkisi 1 ton 500 kq olan küpün hansı dövrə aid olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bundan başqa üzərində rus Çariçası II Yekatirinanın şəkili olan, həmçinin 19-cu əsrin əvvəli və sonlarına aid kağız  və dəmir pullar da bura gələnlərin diqqətini çəkir. Ən maraqlı nümunələrdən biri isə  Əyyublu kəndi ərazisində tapılan daşa oxşar eksponatdır. Hamı onu daş parçası zənn etsə də müzeyin sahibinin iddiasına görə, bu, Mamontun çanaq sümüyüdür.

Kənardan kiçik görünsə də burada iki mindən çox qədim əşya saxlanılır. Bu texnika  keçmişdə bir bəyə məxsus olub. Xüsusi üsulla yığılıb və ot biçimində istifadə olunurmuş. Mübarizin kitabxanası da var və burada yer alan kitabların oxucuları da az deyil.

Müsahibim deyir ki, hər ay eksponatların sayı daha da çoxalır. Ona bu işdə dostları, zəngin tarixi keçmişimizə dəyər verən insanlar kömək edirlər. Harada qədim əşya görsə dərhal onu müəyyən məbləğ qarşılığında əldə etməyə çalışır.

Mübariz Mehralıyevin gələcəklə bağlı planları var. O, eksponatlarının sayını çoxaltmaqla yanaşı, həm də səliqəli, böyük və diqqətçəkən muzey açmaq istəyir.

Bu gün Əyyublu kəndindəki orta məktəblərin şagirdləri də buradakı eksponatlardan faydalana bilirlər. Tarix dəsrslərində qədim keçmişimizə aid alət və əşyaları,döyüş silahlarını əyani görmək üçün şagirdlər müəllimləri tərəfindən buraya ziyarətə gətirilirlər.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR