Leyla Əliyeva əkiz oğulları ilə qış kurortunda – FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən həftə İsveçrənin Sankt Moritz şəhərində 33-cü Qar Polosu üzrə Dünya Kubokunun açılışı baş tutub.

Publika.az xəbər verir ki, Sankt Moritzdə Prezident İlham Əliyevin qızı Leyla Əliyeva oğulları Əli ilə Mikayılla birlikdə iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oğullarının qış kurortunda çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.

Xatırladaq ki, Yanvarın 27-dən 29-dək baş tutan Qar Polosu Dünya Kuboku çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyəti təqdim olunub. Yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR