ABŞ-ın birinci xanımı üzə çıxdı – FOTO

Son günlər ABŞ-ın birinci xanımı Melaniya Trampın inauqurasiya mərasimindən sonra ictimaiyyət arasında, xüsusilə həyat yoldaşının yanında görünməməsi geniş müzakirələrə səbəb olub.

Qafqaznews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki prezident Donald Tramp Delaver ştatında Hərbi Dəniz Qüvvələrinin bazasına xanımı ilə deyil, qızı, biznesmen İvanka ilə baş çəkib.

Bu isə “First Lady”nin yeni həyatına uyğunlaşmadığı, birinci xanım səlahiyyətlərini İvankaya təhvil verdiyi ilə bağlı söz-söhbəti yaradıb. Lakin Melaniya bu dedi-qodulara son qoymaq üçün bu gün yenidən əri ilə birlikdə görüntülənib.

Tramp cütlüyü Florida ştatında yerləşən Palm-Biç istirahət mərkəzinə yollanıb.

Melaniya “Ginenchy” brendindən olan qırmızı libası və sadə görüntüsü ilə göz oxşayıb.

)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR