Prezident İlham Əliyev Əl-Cəzirə televiziyasının müxbirinə müsahibə verib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Əl-Cəzirə televiziyasının müxbiri Omar Kaşrama müsahibə verib.

Müsahibədə dövlətimizin başçısı Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra ötən 25 il ərzində qazandığı uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal enerji və nəqliyyat layihələri, Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfə və digər məsələlərlə bağlı sualları cavablandırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR