Yunker: “Avropa İttifaqı Ukraynaya 600 milyon avro yardım ayırıb”

Avropa İttifaqı  makromaliyyə yardım proqramı çərçivəsində Ukraynaya 600 milyon ayırıb

APA-nın “nv.ua” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib.

Onun sözlərinə görə, adıçəkilən məbləğ Ukrayna hökumətinə yaxın müddətdə veriləcək.

J-K.Yunker həmçinin bildirib ki, Ukrayna ilə Avropa İttifaqı arasında vizasız rejim bu ilin yayından tətbiq ediləcək. “Ukrayna Avropa İttifaqı ilə viza liberallaşdırılması üçün bütün şərtləri çoxdan yerinə yetirib”, deyə Yunker bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR