Ukrayna əhali üçün qazın qiymətini 40% artırır

Ukraynada əhaliyə verilən qazın qiyməti aprelin 1-dən 40% artırıla bilər.

“Report” “Novoe vremya” saytına istinadən xəbər verir ki, bunu “Naftoqaz Ukrayna” şirkətinin kommersiya direktoru Yuri Vitrenko bildirib.
Onun sözlərinə görə, bu, qiymətin dövlət tərəfindən tənzimləməsindən imtina edilməsi halında baş verir.
“Əgər qiymətin dövlət tərəfindən tənzimlənməsinin müddəti uzadılmazsa, Avropa bazarındakı qazın hazırkı qiyməti, qrivnanın məzənnəsi və digər amillər nəzərə alıınmaqla, əhali üçün qazın qiymətinin 40% artacağını gözləmək olar”, – deyə o bildirib.
Y.Vitrenko xatırladıb ki, Ukrayna Beynəlxalq Valyuta Fonduna bu il aprelin 1-dən əhali üçün qazın qiymətinin liberallaşdırılmasına dair söz verib və xüsusi öhdəliklərin uzadılması üçün onların razılığını almaq lazımdır.
Qeyd edək ki, Ukraynada əhali üçün 1 000 kubmetr qazın qiyməti 2016-cı ildə 6 879 qrivna (438 manat) təşkil edib. 2009-cu ildə isə bu rəqəm 725 qrinva (46 manat) olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR