93 dərəcə şaxta: burda insanlar necə yaşayır…

Son bir neçə gündə Bakıda yağan qar şəhəri az qala iflic vəziyyətə qoyub. Bakılıların məşhur zarafatı ilə desək, qaz olanda su olmur, su olanda qaz, ikisi olanda isə işıq söndürülür, ona görə də bir iş görə bilmirik. 
Temperaturun bir neçə dərəcə aşağı düşməsi bizə fəlakət günlər yaşadır. Halbuki dünyanın elə nöqtələri var ki, orda temperatur -50 dərəcədən başlayıb, -93 dərəcədə bitir. Təsəvvür edirsiz? Amma həmin diyarlarda insan da yaşayır. Üstəlik, sizin, bizim kimi normal həyat tərzi ilə… O torpaqları bir tanıyaq.
600 nəfərlik kənd, -58 dərəcə temperatur və cəmi 3 saat günəş…
Öncə haqqında çox danışılan Rusiyadakı Oymyakon kəndindən başlayaq. Burada qış aylarında havanın temperaturu -52-78 arasında dəyişir. Bu kənddə 600-ə yaxın insan yaşayır. Kənddə orta temperatur -47 dərəcədir. Bir məktəb və sağlamlıq ocağının olduğu Oymakonda qış aylarında elektrik cihazlarından, demək olar ki, istifadə etmək mümkün olmur. Kəndlililər at və maral əti ilə qidalanır, kömür və odundan istifadə edilir.
Oymyakonda qışda ancaq 3 saat günəş görünür. Məktəblərdə ancaq -52 dərəcədən aşağı temperatur olsa, tətil elan edilir.
Kənddə yay aylarında turistlər gəlir. Kəndlilər məhz bu zaman əldə etdikləri gəlirlə qışa tədarük görürlər.
Oymyakonda hava şəraiti nə qədər pis olsa da, kəndlilər burada yaşamaqdan məmnundurlar. Yay aylarında havanın temperaturunun 30 dərəcəyə qalxması anomal hal kimi qəbul edilir.
Əslində Oymyakon “donmayan su” deməkdir. Kəndin adı ironik olaraq belə adlandırılıb.
Bura daha soyuqdu – -93.2 Dərəcə
Elm adamları inkişaf etmiş peyk texnologiyası sayəsində mənfi rekord temperaturu müəyyənləşdiriblər. Dünyanın ən soyuq məntəqəsinin temperaturunun mənfi 93.2 dərəcə selsi olması kosmosdan peyk vasitəsilə müəyyən edilib. Təxmin ollunduğu kimi bu Antarktidanın mərkəzində yerləşən və təxminən 4 min metr yüksəkliyindəki Dome Fuji dağıdır. Burada havanın nisbətən “mülayim” keçdiyi zaman temperatur mənfi 91 dərəcə ətrafında qeydə alınıb. Buradakı soyuq hava bir neçə dəqiqə ərzində insanın gözlərini, burnunu, hətta ağciyərlərini belə dondura bilər. Odur ki, tədqiqatçı alimlər inkişaf etmiş peyk texnologiyası sayəsində temperaturu müəyyənləşdiriblər.
Bildiyimiz kimi əvvəlki rekord mənfi 89.2C aşağı temperatur da məhz Antarktida da qeydə alınmışdı.
Qeydə alınan yeni rekord Alyaska və Sibirdə olan mənfi temperaturdan 50 dərəcə, Qrenlandiyadan isə -30 dərəcə daha soyuqdur.
İldən-ilə soyuq yerlərin siyahısı dəyişir
Məlumat üçün bildirək ki, bundan əvvəlki ən mənfi temperatur rus alimləri tərəfindən Antarktida qitəsində 1983-cü ildə ölçülmüşdü. Həmin yerdə havanın temperaturu 89 dərəcə idi.
Əvvəlki ən soyuq nöqtə -89,2 dərəcə ilə yenə Antarktidada təsbit edilmişdi. Bu dərəcə 1983-cü ilin iyulun 21-də Rusiyanın Vostok bazasında aşkarlanmışdı.
Antarktidada tədqiqatçıların müəyyən etdiyi ən soyuq hava qaranlıq bir qış gecəsində yüksək nöqtələrdə tapılmışdı.
Tədqiqatçılar Ginnesin rekordlar kitabının bu dərəcəni qeydə almasını istəməyib. ABŞ-ın “Beynəxalq Qar və Buz Məlumat Mərkəzi”ndən Ted Skambos sonrakı illərdə əsl dərəcəni müəyyən edəcəklərini açıqlayıb. Skambos daha sonra bunları söyləyib: “Əminliklə deyə bilərəm ki, dünyanın ən soyuq nöqtəsinin harda olduğunu və niyə həmin yerdə olduğunu bilirik”.
Buralarda yaşamaq ürək istəyir
Amma rekord həddə çatmasa da, soyuq havası ilə dünya üzrə hesablamalarda özünə yer tapan məkanlar var. Onları sıralayaq:
Northice Stansiyası
Yer kürəsinin ən soyuq bölgələrindən biri Qrelandiyadır. Buna baxmayaraq tarixi olaraq Avropanın bir parçasıdır. 1954-cü ilin 9 Yanvar günü, Northice(Şimal buz) Araşdırma Stansiyası -66°C soyuqluq təsbit etdi.
Snag
Kanadadakı Snag qəsəbəsində ortalama hava -30 dərəcədə dəyişir. Qitənin ən soyuq yeri olan bu qəsəbədə görülən ən aşağı temperatur isə -63°C-dir. Snag soyuğu tam mənasıyla yaşayır. Buna ən yaxşı nümunə, havada bəzən buxar. Buna frozen breath deyirlər ki; donmuş nəfəs mənasını verir.
Yakutsk
Yaqutunun, Sibirin və Dünyanın ən soyuq şəhəri olan Yakutskun ortalama temperaturu-50°C. 200 min əhalisi olan şəhərin sakinləri, avtomobillərini çox vaxt açıq buraxırlar, evə dönə bilmək üçün. Yenə bu şəhərdə, eynək taxmamanız mövzusunda xəbərdar edilirsiniz. Çünki eynək dərinizə yapışır və çıxartmaq istədiyinizdə isə vəziyyət çəkirsiniz. Yakutskda yaşayanlar axşam asdıqları paltarları, səhər donmuş vətapırlar.
Verkhoyansk
Yakutska 8 gün məsafədə olan Verkhoyansk şəhərinda hava ortalama -49 °C-dir. Sərt qış dövrlərində isə temperatur-72°C-yə qədər düşə bilir. Verkhoyansk Yakutskdan sonra ikinci ən soyuq şəhərdir. Verkhoyanskda nəqliyyat həqiqətən çətindir. Belə ki, ətrafda heç quru yolu yoxdur.
Vostok Stansiyası
Cənub yarımkürəsinin ən soyuq bölgəsi Antartikadadır.. Bu bölgədəki Rus araşdırma mərkəzi, Vostok Stansiyası, 21 İyul 1983′te bölgə -89,2°C soyuqluq qeydə alıb.
 
 Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR