Binəli Yıldırım İlham Əliyevlə görüşə piyada gedib – VİDEO

Türkiyənin baş naziri Binali Yıldırım Almaniyada prezident İlham Əliyevlə görüşə piyada gedib.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Binəli Yıldırım Münhen küçələrində gəzərkən onu xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmilər müşayiət edib.

Baş nazir şəhərdə gəzərkən qarşısına çıxan türklərlə görüşüb.

Qeyd edək ki, İlham Əliyev və Binəli Yıldırım arasında görüş 53-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirilib. Azərbaycan ilə Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdikləri, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.

 

Türkiyənin Baş naziri Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR