“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti qeyri-etik davranışı ilə diqqət mərkəzinə düşüb
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli müətəxəssis azarkeşləri qıcıqlandıran hərəkətə əl atıb.
Belə ki, Almaniya Bundesliqasının XXI turunda “Herta” ilə səfər qarşılaşmasında 1 xalı son dəqiqə qolu sayəsində (1:1) qazanan Münhen təmsilçisi azarkeşlərin təzyiqi ilə üzləşib. Oyundan sonra Ançelotti paltardəyişmə otağına yollanarkən azarkeşlərə orta barmağını göstərib. Maraqlıdı ki, o, mətbuat konfransında bu addımına görə peşman olmadığını söyləyib: “Bəli, bu hərəkəti etdim. Çünki mənə tüpürdülər”.
Qeyd edək ki, 21 turdan sonra “Bavariya” aktivindəki 50 xalla Bundesliqaya liderlik edir.