“Dünya gözəli” müsabiqəsində ilk: əlil arabasında… – FOTO

“Dünya gözəli” müsabiqəsi tarixində ilkə imza atılıb.

Qafqaznews.az aznews.az-a istinadən xəbər verir ki, 26 yaşlı Castin Klark beynəlxalq “Dünya gözəli” müsabiqəsinə əlil arabasında qatılan ilk xanım olub.

Gənc xanım 2015-ci ildə baldırın deformasiyasına görə əlil arabasına məhkum olub. Müsabiqənin iştirakçısı hansı səbəbdən travma aldığını açıqlamayıb.
Klark qalib olacağına ümid etmir. Sadəcə müsabiqədə iştirak edə bildiyinə görə sevinir.
Klark bildirir ki, yaxın gəcələkdə “Children`s Charity” uşaqlara yardım fonduna kömək edəcək. Həmçinin, əlillərin hüquqlarının  qorunmasında yaxından iştirak edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR