Deputat yol qəzasında öldü

Ukraynada ağır yol qəzası baş verib.

AzVision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Dnepropetrovskdə baş verən qəzada deputat Sergey Lyaşenko dünyasını dəyişib.

Məlumata görə, deputatın idarə etdiyi “Mazda “ markalı avtomobil hasara çırpılıb.

Qəza ilə əlaqədar cinayət işi açılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR