Burada yaşayanlar Günəşi görmür – FOTOLAR

Dünyanın ən yağışlı bölgəsinin hara olduğunu bilirsinizmi? Bura Hindistanın Meghalaya Hind adlanan bölgəsindəki Cherrapunjidir.

Bu bölgə dünyadakı ən yağışlı bölgə hesab edilir. Burada illik yağıntının miqdarı 11 min mm-dir. Günəş çox nadir hallarda görünür və insanlar Günəşi gördüklərinə görə çox təəccüblənirlər. Az qala hər gün yağış yağan qəsəbənin üzərini musson buludları örtür və bu, Günəşin qarşısını kəsir. Havanın nisbi rütubəti çox yüksəkdir. Bu xüsusiyyətlərinə görə qəsəbəyə il ərzində çox sayda turist gəlir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR