Ukraynada kömür mədəni partladı: Ölənlər var

Ukraynanın Lvov vilayətində kömür mədəni partlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Şaxtaçılarının Müstəqil Həmkarlar İttifaqının sədri Mixail Volıneç Feysbuk səhifəsində yazıb.

“Stepnaya şaxtasında qəza olub. Metan partlayıb, 11 nəfər ölüb”, – sədr bildirib.

Ukrayna Fövqəladə Hallar Nazirliyi isə 8 nəfərin öldüyünü təsdiqləyib.

“Martın 2-də saat 12:46-da Lvov vilayətinin Sokalski rayonunun Qluxov kəndi ərazisində yerləşən Lvovuqol ASC-yə məxsus Stepnaya şaxtasında baş verən partlayış nəticəsində dağıntı əmələ gəlib”, – nazirlikdən bildirilib.

Məlumatda qeyd olunub ki, partlayış olan mədəndə 34 nəfər işləyirmiş.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR