Günün qoroskopu: dözümlü və səbrli olun

Qoç – gərginliyin yaratdığı yorğunluq və stresslər bir qədər ləngiməyə səbəb ola bilər. Hadisələri tələsdirməyin, olaylara kəskin və aqressiv müdaxilə etməyin.

Buğa – bu günün əsas şərti və tələbi uzaqgörən olmaqdır. Gərgin duruma rəğmən Fobos və Andromeda sizə yardım edəcəklər.

Əkizlər – soyuqqanlı olun, məntiqli davranın, anın çətinliyini təhtəlşüur səviyyəsində anlayın, çalışdığınız insanların durumunu başa düşməyə çalışın.

Xərçəng – bu gün pərişanlıq və xəyanət var. Ətrafınızdakı insanların sizdən gözlədiyini yox, öz istədiyinizi edin. Etibar etdiyiniz insanlarla çalışın.

Şir – dözümlü və səbrli olun, xırdalıqlara xərclənməyin. Gün ərzində maliyyə məsələlərində ehtiyatlı olun, gərəksiz xərclərə yol verməyin.

Qız – içinizi qarsayan üsyana axşam çıxış verin. Xəyanətkar cəzasını almalı, şərəf və ləyaqətin nə olduğunu bilməlidir.

Tərəzi – hissiyatınız artır, emosional yaşam anlamları kövrəkləşir. Leda və Pasifenin münasibətləri sizdən yalnız etibar etdiyiniz insanlarla çalışmağınızı tələb edir.

Əqrəb – səbrsiz davranmayın, qətiyyətli olun. Kiçik məsələlərlə məşğul olub əsas problemi unutmayın. Dəyərsiz münasibətləri, illüziyaları keçmişə buraxın, yeni istiqamətdə hərəkətə başlayın.

Oxatan – yediyiniz və içdiyinizə daha ciddi diqqət verin. Maliyyə məsələlərində ehtiyatlı olun, bədxərclik etməyin.

Oğlaq – taleyüklü ola biləcək dəyişikliklər yaşana bilər. Kallisto və Enseladın münasibətləri sizə mühüm olan işlərdən birini yerindən tərpədərək ona təkan verə bilər. Di gəl, təşəbbüs göstərməyə tələsməyin.

Dolça – əvvəllər diqqətinizdən yayılan məqamları anlayacaqsınız. Real işlərdə yalan, fırıldaq, informasiyanın saxtalaşdırılması, məlumatların itirilməsi istisna deyil.

Balıqlar – səhhətinizə xüsusi diqqət verin. Məsləhətlərə, deyilən sözlərə qulaq asın. Axşam saatlarında müalicəvi prosedurlara əl atmaq pis olmaz.

Milli.Az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR