Azərbaycan prezidentinin İrana səfəri başlayıb – FOTO

Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, prezident İlham Əliyevi hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.

Prezident İlham Əliyevin şərəfinə Tehranın Sədabad sarayında fəxri qaravul dəstəsi düzülüb.  Fəxri qaravul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycanın və İran dövlət himnləri səslənib.

İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşdırılan səfər müddətində iqtisadiyyat və digər sahələrlə bağlı sənədlər imzalanacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR