Bakıda gənc nişanı geri qaytaran qızın boğazını kəsdi

Bakıda gənc oğlan nişanlısının boğazından bıçaqlayaraq qətlə yetirib

Qafqaznews.az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısına (oğlanın adı hələ açıqlanmır) üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub.

Bundan sonra oğlan tələb edib ki, qız onunla görüşsün. Qız bunu qəbul etmədikdə, oğlan onun evinə gedərək boğaz nahiyəsinə bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.

Nəticədə İ.Ağayeva hadisə yerində ölub. R.Ağayeva isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR