Meksikadan ABŞ-a keçən qeyri-leqal miqrantların sayı 40% azalıb

Meksikadan ABŞ-a keçən qeyri-leqal miqrantların sayı 40% azalıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Federal Sərhəd və Gömrük xidmətinin məlumatında bildirilir.

Məlumata əsasən, yanvar ayında ABŞ-Meksika sərhədində 31 578,  fevralda isə 18 762 nəfər saxlanılıb. Xidmətin məlumatına əsasən, əvvəlki illərdə fevral ayında sərhədi keçmək istəyənlərin sayı yanvarla müqyisədə adətən 20% çox olub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniya zamanı 3 milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmiş, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR