Bakıda “Coca-Cola”nın maşını qəzaya düşüb, sürücü ölüb

Bakıda ölümlə nəticələnən qəza baş verib.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində 1982-ci il təvəllüdlü Aydın Kosayev idarə etdiyi “Coca-Cola” şirkətinə məxsus “İsuzu” markalı kiçik tutumlu yük avtomobilini körpünün altındakı dirəyə çırpıb. Nəticədə sürücü kabinada sıxılaraq ölüb.

Faktla bağlı Dövlət Yol Polis İdarəsinin Xəzər rayon Şöbəsində araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR