Ukraynada Georgi lentinə görə dava düşdü – VİDEO

Ukraynanın Müdafiə Nazirliyində Şuranın iclasının gedişatında Donbasda silahlı münaqişənin veteranı Dmitri Rezniçenko, ehtiyatda olan general-polkovnik Viktor Paliyanın burnunu sındırıb.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbkədə jurnalist Roman Sinitsın yazıb.

Məlumata görə, mübahisə şuranın fəaliyyəti üstündə düşüb.

“Söhbət Georgi lentlərinə gəldikdə, baba dözmədi və “bu fəxr vericidir”, “onları Kolorado böcəyi adlandırmağa kim icazə verib?” deyə qışqırmağa başladı”. Nəticədə gənc veteran Paliyanın burnunu sındırdı”, – Sinitsın qeyd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR