Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin kollektivi İlaxır Çərşənbəni qeyd edir.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, nümayəndəliyin rəhbəri Malena Mard Azərbaycanın milli geyimində fotolar çəkdirib.
Onun Azərbaycan milli adət-ənənələrinə verdiyi dəyər və hörmət dərin sayğıya layiqdir.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəsmi feysbuk səhifəsində paylaşılan həmin fotoları təqdim edirik.