Nəsirov azadlığa çıxdı – 100 milyon qarşılığında

Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri Roman Nəsirov azadlığa çıxıb

Axar.az xəbər verir ki, Nəsirov 100 milyon qrivna girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Nəsirov azadlıqda olduğu müddət ərzində elektron qolbağ taxacaq. Onun pasportu isə Miqrasiya Xidmətinə veriləcək.

Qeyd edək ki, əslən azərbaycanlı olan Roman Nəsirov dövlət əmlakının mənimsənilməsində ittiham edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR