Məktəbli parkdan 7.44 karatlıq brilliant tapdı – FOTO

Amerikada məktəbli brilliant tapıb

Xezerxeber.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, məktəbli Calella Langford Arkanzas ştatının cənub hissəsində bir parkda 7.44 karatlıq qiymətli daş tapıb.

Yeniyetmə valideynləri ilə birgə “Almaz kraterləri” adlı parka gəlib. Hansı ki, həvəskarlar məhz burada brilliant axtarışına gəlirlər. 14 yaşlı yeniyetmənin axtarışları cəmi 30 dəqiqə davam edib və o,qəhvəyi rəngli parlaq daşı tapıb.

Yeniyetmə bildirib ki, tapdığı qiymətli daşı satmağı planlaşdırmır. O, öz tapıntısını Superman brilliant adlandırıb.

Son məlumatlara görə, bu il parkda 97 nəfər müxtəlif ölçülü və rəngli qiymətli daş tapıblar. Onların əksəriyyəti 1 karatdan kiçik, ən böyüyü isə 40.23 karat olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR