Ukrayna vətəndaşı olmaq üçün əlini cibinə sal — 100 min dollar

Ukrayna vətəndaşı olmaq üçün 100 min dollar pul lazımdır.

Ukrayna hökumətinin məlumatına görə, ötən il 17 min nəfər ölkə vətəndaşı olub. Ukrayna iqtisadiyyatına 100 min dollar sərmayə qoymaqla vətəndaşlıq əldə etmək mümkündür. Bu barədə nazirlər kabinetinin miqrant kvotası barədə qərarında məlumat var.

Sənədə əsasən, bu il ölkəyə həyat yoldaşı və ya övladı Ukrayna vətəndaşı olan 2.2 min nəfər, Ukrayna vətəndaşlarının yaxın qohumu olan 1.1 min nəfər miqrasiya edə bilər. 558 nəfərin də vətəndaşlığını bərpa etmə hüququ var.

Elm və mədəniyyət xadimləri, Ukrayna maraqlarına cavab vermən miqrantlar, ölkə iqtisadiyyatın 100 min dollar kapital qoyan şəxslər istisnadır. Bu kateqoriya üçün kvota nəzərdə tutulmayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR