Selfi qurbanları: Uçuş zolağında iki meksikalı öldü – FOTO

Meksikada uçuş zolağında iki qız ölüb. Onları selfi çəkdirərkən təyyarə vurub.

Oxu.Az xəbər verir ki, bu barədə “Teletica” məlumat yayıb.

Hadisə Çiuaua ştatında baş verib. Qızlar uçuş zolağı yanında şəkil çəkdirərək sosial şəbəkədə yerləşdirmək istəyirdilər. Bunu isə təyyarələrin enişi və uçuşu həyata keçirdikləri zaman ediblər.

Qızların strateji və mühafizə edilən obyektə heç kim görmədən necə keçdikləri məlum deyil.

Baş verənlərin araşdırılması ilə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları məşğul olur.

17 və 18 yaşları olan iki meksikalı qız hadisə yerində ölüb. Hərəkətdə olan təyyarənin qanadı onlara dəyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR