“Arxadakı maşını vurasıydı, məni vurdu”- Dəhşətli qəza can aldı – VİDEO

Ucarda iki yük avtomobilinin toqquşması sürücülərin birinin həyatına son qoyub.

ARB TV xəbər verir ki, Ağır qəza Bakı-Qazax magistralının Müsüslü kəndindən keçən hissəsində baş verib.

Sumqayıt sakini, 41 yaşlı Fərrux Ramazanovun idarə etdiyi “Hyundai” markalı, çörəklə dolu yük maşını eyni istiqamətdə hərəkətdə olan, Gədəbəy rayonu Qaradağ kənd sakini, 30 yaşlı Yaşar Hüseynovun idarə etdiyi “Howo” markalı maşına arxadan çırpılıb. Nəticədə “Hyundai”ın sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb.

Maşında sıxılmış vəziyyətdə qalmış meyit Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yaşar Hüseynov – “Howo”-nun sürücüsü: “Çox surətli gəlirdi. Arxadakı maşını az qaldı vura. Ondan ötüşdü, məni vurdu”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR