Goranboylunun 80 yaşlı qeyri-adi avtomobili – VİDEO

Avtomobilini satın almaq istəyənlər olsa da heç kəsə satmır

Müasir dövrümüzdə sürətli və kreativ avtomobillərin həvəskarı oduğu kimi köhnə maşınların da kolleksiyaçılarına rast gəlmək mümkündür.

ARB 24 xəbər verir ki, onlardan biri Goranboy rayon Dəlməmmədli şəhər sakini Nahid Tanrıverdiyevdir.

1937-ci ildə istehsal olunan BMW markalı avtomobil hazırda onun həyətindədir. Fərqli görünüşə malik 80 yaşlı maşın hələ də saz vəziyyətdədir. Yollarda şütüyən zaman hər kəs ayaq saxlayıb maşını izləyir. Almaniyada istehsal edilən, daha çox bu ölkədə filmlərdə çəkilən “BMW-328″ Goranboya 7 il əvvəl gətirilib. Rəngi ilə daha çox diqqət çəkən “BMWnin qapıları da fərqli formada açılır. Bu avtomobilin 80 yaşı var, amma hələ də saz vəziyyətdədir. Avtomobilə yüksək məbləğdə pul verərək satın almaq istəyənlər də olub. Lakin sahibi maşının hədiyyə olduğunu, bu səbəbdən də heç kəsə satmayacağını bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR