Vahid Əhmədov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Vahid Qazməmməd oğlu Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qafqaznews.az-ın xəbərinə görə, sərəncamda V. Əhmədovun Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunduğu bildirilib.

Qeyd edək ki, V.Əhmədov 1947-ci il aprelin 2-də Quba rayonunun Qonaqkənd kəndində anadan olub. Hazırda Milli Məclisin deputatıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR