Dəbdəbəli həyat, bahalı avtomobil və geyimləri ilə daim müzakirələrə səbəb olan yerli şou-biznes nümayəndələrinin bəziləri kirayədə yaşayır.
Qafqaznews.az Metbuat.az-a istinadla xəbər verir ki, bəziləri imkansızlıqdan, bəziləri isə sadəcə rahatlığa görə ev almırlar. Bəs şou-biznesin evsiz məşhurları kimlərdir?
Səidə Sultan evi olmayan məşhurlardandır. İfaçı hələ də kirayədə yaşayır.
Müğənni Samira Allahverdi də kirayədə yaşayır. Özü də halından heç də narazı deyil.
Bu yaxınlarda evlənməyə hazırlaşan aktyor Cavanşir Məhərrəmov isə hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır.
Əməkdar artist Lalə Məmmədovanın da evi yoxdur.
Əməkdar artist Elnur Kərimov da kirayədə yaşayan məşhurlar siyahısındadır.
İfaçı Aysel Əlizadə də uzun müddətdir ki, kirayədə yaşayır.