“Bavariya” Bundesliqa mövsümündə ikinci dəfə məğlub olub – VİDEO

Futbol üzrə Almaniya Bundesliqasının lideri olan “Bavariya” çempionatın 27-ci turunun səfər matçında “Hoffenhaym”a minimal hesabla məğlub olub.

“Report” klubun saytına istinadən xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu 21-ci dəqiqədə ev sahiblərinin futbolçusu Andrey Kramariç vurub. “Münhenlilər” oyunda dönüş yaratmağa çalışsalar da, bu, mümkün olmayıb.

Məğlubiyyətə baxmayaraq, “Bavariya” turnir cədvəlində liderliyini davam etdirir və bu gün “Leypsiq” qələbə qazanacağı təqdirdə birinci yerlə xal fərqini 10-a endirmiş olacaq.

Əlavə edək ki, “Bavariya” bu mövsüm ilk məğlubiyyətini “Borussiya Dortmund”dan alıb (0: 1).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR