Azərbaycanda antik dövrə aid qızıl sırğa bərpa olunub – FOTO

Milli Azərbaycan Tarixi Muzeyində e.ə. VIII-V əsrlərə aid qızıl qadın sırğası bərpa olunub.

Xezerxeber.az-ın AMEA-ya istinadən verdiyi məlumata görə, xüsusi fonda təhvil verilən sırğanın bərpası muzeyin Bərpa laboratoriyasının bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən həyata keçirilib.

Qeyd edək ki, bəzək əşyası 1946-1953-cü illərdə Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR