Əsassız olaraq ömürlük cəzaya məhkum olunan şəxsin ailəsi mətbuat konfransı keçirəcək

Qaradağ rayon sakini qətldə günahlandırılaraq ömürlük cəzaya məhkum olunan Zaur Tərlanovun ailə üzvləri və vəkili Vüqar Xasayev aprelin 11 – də Qafqaz Media Mərkəzində mətbuat konfransı keçirəcəklər.

Zaur Tərlanov onu ölümlə təhdid edənlərə müqavimət göstərərkən qətl hadisəsi törətmişdir. Lakin hakimlər işin hallarını nəzərə almayaraq onu ömürlük həbs cəzasına məhkum etmişlər.

Tədbirə müxtəlif KİV nümayəndələri  Hüquq müdafiəçiləri, aidiyyatı olan qurum və tərəflərin nümayəndələri dəvətlidirlər.

Mətbuat konfransı aprelin 11-də, saat 14:00-dan 15:00-a qədər “Xətai” metrostansiyasının yaxınlığı, S.Vəzirov 11 D ünvanında Qafqaz Xəbər Media Mərkəzində baş tutacaq.

Əlaqə

Ünvan:
Bakı şəhəri Xətai r-nu, S.Vəzirov küçəsi ,ev 11D

Əlaqə telefonları:
(+99450) 490-21-41
(+99455) 490-21-41
(+99470) 490-21-41
(+99412) 490-21-41

E-mail:
[email protected]

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR