
Mid döyüş sursatları axtarmaq üçün tankı sökərkən qızıllara rast gəlib. O, tankın yanacaq çəninin qapağının altında hər biri 5 kq olan qızıl külçə aşkarlayıb. İlki qiymətləndirməyə görə, onlar 2,5 milyon dəyərindədir.

«Biz nə edəcəyimizi bilmirdik. Axı əlində 5 qızıl külçəsi ilə sadəcə banka yaxınlaşmaq olmaz. Bu səbəbdən polisə müraciət etdik», – deyə Mid vurğulayıb.
Polis qızılları müsadirə edib. «Mən bu qızılların bir hissəsini belə almasam, gözəl tankım məndə qalır», – deyə Mid bildirib.

Kolliksoner vurğulayıb ki, aldığı tank İraq Silahlı Qüvvələrinə məxsus olub və 90-cı illərin əvvəlində Fars körfəzində müharibədə iştirak edib. Sonra Beynəlxalq Koalisiya Qüvvəlinin əlinə keçib və Böyük Britaniyaya gətirilib.

Mid hesab edir ki, iraqlı əsgərlər Küveytin xəzinəsindən aldıqları qızılları tankın çənin altında gizlədib.