Cinayət törədən narkoman: And içdim ki, baba olan gün əməlimdən əl çəkəcəyəm – VİDEO

Faktla bağlı cinayət işi başlanıb.

gbbzQaradağ rayon Polis İdarəsinin əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadan Hacıqabul sakinlərini saxlayıb.

Qafqaznews.az xəbər verir ki, Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, rayon sakinləri Eyvaz Bağırov və Qasım Bağırov “Sədərək” ticarət mərkəzinə gələrək Ələt qəsəbəsinə getmək adı ilə Şükür İsgəndərovun idarə etdiyi “Renault” markalı avtomaşına əyləşiblər.

Lökbatan dairəsində maşın üçün ehtiyat hissələri almaq adı ilə taksi sürücüsündən 80 manat pul alan qardaşlar yol pulu ilə bərabər bu pulu mənzil başına çatanda verəcəklərini deyiblər. Sahil qəsəbəsində taksini dayandıran Bağırov qardaşları qohumlarına 1-2 dəqiqəlik söz deyib gəlmək adı ilə qaçaraq ərazidən uzaqlaşıblar.

Polisə ifadə verən zamanı Bağırov qardaşları etiraf ediblər ki, bu, onların ilk cinayət əməli deyil. Bundan əvvəl də eyni üsulla taksi sürücüsü Müzəffər Əsədovun 100 manatını dələduzluq yolu ilə mənimsəyiblər.

Saxlanılan Qasım Bağırov polisə ifadəsində bildirib ki, nəvəsi olduğu gün bu kimi əməllərdən əl çəkəcəyi ilə bağlı and içib. Ancaq, narkotik istifadəçisi olduğundan andını pozmalı olub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR