Bakıda oğurluq edən universitet müəllimi kameraya düşdü İDDİA – VİDEO

İndi sosial şəbəkələrdə ən çox müzakirə edilən bir mövzudan danışacağıq. İnsanları, mağazadan oğurluq etdiyi iddia olunan universitet müəlliməsinin aqibəti maraqlandırır. Əməkdaşlarımız bu gün həmin müəllimənin işlədiyi universitetdə və yaşadığı binada olaraq bu məsələ ilə maraqlanıblar.

Mağazadan oğurluq etdiyi iddia edilən universitet müəlliməsindən hələdə xəbər yoxdu.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin departament direktoru Bəhruz Nəzərovun sözlərinə görə,kimya-texnologiya fakültəsinin müəlliməsi, Tamara Ayralova hazırda məzuniyyətdədir.

Departament direktorunun sözlərinə görə, fakt təsdiqini taparsa müəlliməyə qarşı qanun çərçivəsində lazımi cəza tədbiri görüləcək. Onun işdən çıxarılıb -çıxarılmayacağı ilə bağlı hələlik heç bir qərar verilməyib. Univeristet qərar vermək üçün müəllimin işə çıxmasını və məsələnin aydınlaşmasını gözləyir.

Tamara Ayralovanın telefonu söndürüldüyündən bizim də onunla əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı. Və üz tutuduq onun yaşadığı Nəsimi Rayon Süleyman Rəhimov küçəsi 189 ünvanına. Giriş qapısı bağlı olduğundan içəri daxıl ola bilmədik. Qonsuların sözlərinə görə həmin mənzildə artıq 3-4 gundur ki, heç kim yaşamır.

Xatırladaq ki,oğurluq hadisəsi paytaxtın Nəsimi rayonu ərazisindəki mağazalardan birində lentə alınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR