Samux RPŞ-in rəisi şəxsi heyyətilə ova çıxır?

Şöbəsinin rəisi Akif Nəbiyevlə , rayonun ərazisində yerləşən Eldar Şamı Dövlət Təbiət Qoruğunun direktoru Elşad Hüseynov arasında baş verən insident barədə yazmışdıq. Belə ki, qoruğun direktoru polis rəisinə qoruqda qanunsuz ov etməyə şərait yaratmadığına görə rəis onu “cəzalandırmaq” qərarına gəlib. Ümumiyyətlə, polis rəisində ov xobbisinin olması rayonda müəyyən problemlər yaradır. Hətta polis rəisi öz vəzifə səlahiyyətlərindən istifadə edərək qoruq direktorunu guya içkili vəziyyətdə avtomobili idarə etməkdə cəzalandırmaq dərəcəsində səlahiyyət həddini aşır. Polis rəisinin rayonda belə qeyri-məhdud hakimiyyət sahib olmasının əsas səbəbi onun daxili işlər nazirinin müavini Əsgər Ələkbərovun doğma bacısı oğlu olmasıdır. Ona görə də hər dəfə “ovçu” polis rəisi haqqında yazanda nazirliyin mətbuat xidmətindən zəng edərək bizə iradlarını bildirirdilər. Amma biz də bir informasiya agentliyi olaraq düzgünlüyünə əmin olduğumuz məlumatları yazmaqdan və yaymaqdan geri çəkilən deyilik. Çünki bu bizim birbaşa vəzifə borcumuzdur. Bəli, ovçuluğu az qala özünə peşə seçən polis rəisi ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. İlk öncə ondan başlayaq ki, polis rəisi Kür çayının sahilində şair Molla Pənah Vaqif demişkən, “əcəb seyrangah” yaradıb. “Yaşılbaş sonalar …” da öz yerində….
Hələ bu harasıdır?
Bir müddət əvvəl Qərb bölgəsində ezamiyyətdə olan əməkdaşlarımız maraqlı xəbərlə qayıdıblar. Xəbərdən məlum olur ki, Samux RPŞ-in rəisi köhnə ov xəstəliyindən əl çəkə bilmir. Belə ki, əməkdaşımız ötən bazar günü “ördək-qaz ovuna” çıxan rəisi və onu müşayiət edən kortejini görə bilib. Deməli, rəis onu müşayiət edən kortejlə çıxır. Rəisdən əvvəl ov olunan əraziyə, yəni ovlağa Samux RPŞ-in şəxsi heyyəti tökülür.Onlar orda ərazini əhatəyə alırlar ki, rəisdən başqa bu ərazidə heç kim ov etməsin. Rəisə ov ərazisindən məruzə olunur ki, hər şey hazırdı. Rəis şöbədən çıxanda hətta “sopravajdeniya”da olan şəxslər də özlərinə “pazıvnoy” rəqəm seçiblər. Polis şöbəsindəki polis nəfəri ilə söhbətimizdə bizə bəlli oldu ki, polis rəisinin kortejinin “sopravajdeniya”sında özünü “70 “ adlandıran da var. Polis rəisi guya “001”-dir. Yəni polis rəisi özünü Samux rayonunun 1-ci şəxsi hesab edir.Samux RPŞ-in DYPB-nin rəisi isə özünə “pazıvnoy” rəqəm kimi “50”-ni seçib.Bəs, görəsən, polis rəisini müşaiyət edən və özünü “70” adlandıran şəxs özünü kimə bənzədir? Bütün bunlar azmış kimi rəisin Samux RPŞ-in həyətində tikdirdiyi və RPŞ-nin mühasibinin adına sənədləşdirdiyi restoranı hara yazaq? Görəsən, qanunsuz ov edən polis rəisi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hara baxır?!Bəlkə, nazirliyin əməkdaşları da, qoruğun direktoru kimi 15 sutka həbs olunacaqlarından qorxurlar ?
Mahmud Rasimoğlu
Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR