“Mançester Yunayted” “Selta”nı məğlub edib – VİDEO

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Qafqaznews.az XəzərXəbər-ə istinadən xəbər verir ki, “Selta” turnirin favoritlərindən olan “Mançester Yunayted”i qəbul edib.

Viqoda keçirilən ilk oyun “qırmızı şeytanlar”ın minimal hesablı qələbəsi ilə nəticələnib. Mankunianlar gənc ulduzu Markus Reşfordun cərimə zərbəsindən vurduğu gözəl qolla Pireney yarımadasından sərfəli nəticə ilə qayıdıblar.

“Selta” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 0:1
Qol: Reşford, 67.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR