Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışların 4-cü günü başlayır.
Trend-in məlumatına görə, bu gün kişi və qadın həndbolçulardan ibarət komandalar arasında qrup oyunlarına yekun vurulacaq.
Azərbaycanın qadınlardan ibarət yığması Türkiyə, kişilərdən ibarət millisi isə Əlcəzairlə qarşılaşacaq.
TƏQVİM:
09:00 – 10:35 | Kişilər Komanda Qrup oyunu B2-B3 (Mərakeş – İraq) |
11:15 – 12:50 | Kişilər Komanda Qrup oyunu A2-A3 (Səudiyyə Ərəbistanı – Pakistan) |
13:30 – 15:05 | Qadınlar Komanda Qrup oyunu A4-A2 (Özbəkistan – Kamerun) |
15:45 – 17:20 | Qadınlar Komanda Qrup oyunu A1-A3 (Azərbaycan – Türkiyə) |
18:00 – 19:35 | Kişilər Komanda Qrup oyunu B4-B1 (İordaniya – Türkiyə) |
20:15 – 21:50 | Kişilər Komanda Qrup oyunu A4-A1 (Azərbaycan – Əlcəzair) |
Yarışların 4-cü günündə kişilərdən və qadınlardan ibarət komandalar arasında voleybol oyunlarına start veriləcək. Azərbaycanın qadın voleybolçuları A qrupunda Qırğızıstan, kişi idmançıları isə Pakistandan olan rəqibləri ilə qarşılaşacaqlar.
TƏQVİM:
10:00 – 12:30 | Kişilər Komanda Qrup oyunu A1 (Türkiyə – Türkmənistan) |
12:30 – 15:00 | Qadınlar Komanda Qrup oyunu A1 (Türkiyə – Tacikistan) |
19:00 – 21:30 | Qadınlar Komanda Qrup oyunu A2 (Azərbaycan – Qırğızıstan) |
21:30 – 23:59 | Kişilər Komanda Qrup oyunu A2 (Azərbaycan – Pakistan) |
Bu gün, həmçinin futbol komandaları arasında qrup oyunlarının II turu keçiriləcək. İlk oyunda Kamerun yığması ilə qolsuz bərabərə qalan millimiz bu dəfə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
TƏQVİM:
10:30 – 12:30 | Kişilər Komanda Qrup oyunu B3 (Oman – Türkiyə) |
12:30 – 14:30 | Kişilər Komanda Qrup oyunu A3 (Kamerun – Mərakeş) |
16:30 – 18:30 | Kişilər Komanda Qrup oyunu B4 (Fələstin – Əlcəzair) |
18:30 – 20:30 | Kişilər Komanda Qrup oyunu A4 (Azərbaycan – Səudiyyə Ərəbistanı) |
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.