“Miss ABŞ – 2017” gözəllik müsabiqəsinin qalibi, “Miss Vaşinqton”nun birincisi Kara Makkalou olub.
Oxu.Az xəbər verir ki, bu barədə tədbirin rəsmi saytı məlumat yayıb.
Makkalou ABŞ-ın nüvə nizamlanması komissiyasında nüvə fizikası üzrə mütəxəssisdir.
Bundan başqa, müsabiqənin qalibinin ictimai işə böyük marağı var – o, uşaqlarda elmi biliklərin səviyyəsinin artırılmasına dəstək proqramının əsasını yaradıb.
Xatırladaq ki, keçən il “Miss ABŞ – 2016” gözəllik müsabiqəsində də Vaşinqton nümayəndəsi, ABŞ ordusunun zabiti Deşon Barber qalib gəlmişdi.