Fransız fotoqraf Ceremi Buşolz ev almaq üçün pulu olmadığına görə özünə 41 kvadratmetrlik bir qaraj alıb və orada möhtəşəm şərait qurub.
Qafqaznews.az-ın publika-ya istinadən verdiyi məlumata görə, tör-töküntü halında aldığı qarajı yerli-dibli dəyişdirən fotoqraf boş qarajdan, sözün əsl mənasında, müdhiş villa yaradıb.
Köhnə, xarab qapını açılıb-bağlanan şüşə qapı ilə əvəz edib. Köhnə kərpiclə tikilmiş divarlara toxunmayan fotoqraf evi elə dizayn edib ki, milyon dollarlıq malikanələri kölgədə qoyub.
Sizə həmin evin görüntülərini təqdim edirik: