Aldığı avtomobil mühərriki dəyişdirilmiş çıxdı – VİDEO

Süllədin Əmirov ötən ay Vüsal Məmmədov adlı şəxsdən 2600 manata baş etibarnamə ilə 2-ci əl minik avtomobili alıb.

Qafqaznews.az Xezerxeber.az-a istinadla məlumat verir ki, soradan həmin avtomobili usta yanına aparıb təmir elətdirdikdə ona avtomobilin mühhəriki ilə texniki sənədində olan nömrənin uyğun gəlmədiyi bildirilib.

Bundan sonra, Süllədin Əmirov yenidən Vüsal Məməmdovla əlaqə saxlayaraq bunun avtomobili addan-ada keçirdən zaman problem yaradacağını bildirib.

Məsələ ilə bağlı Vüsal Məmmədov bildirib ki, avtomobil satılarkən mühərrikinin dəyişilməsi ilə bağlı ona məlumat verilib. O da bununla razılaşaraq avtomobili alıb. Ancaq buna baxmayaraq həmin avtomobil pulu geri qaytarılaraq ondan götürüləcək.

Bəs belə halla qarşılaşdıqda vətəndaşlar nə etməldirlər?

Hüquqşunas Ərşad Hüseynov deyir ki, avtomobil qeydiyyata alınarkən onun ban şassisi və mühərrikinin nömrəsi də qeydiyyata alınır. Bunlarda dəyişiklik olarsa, o zaman onların da təkrar qeydiyyatı aparılmalıdır.

Bu vəziyyətdə avtomobili sürmək istəyən şəxs mühərrikin dəyişilməsi ilə bağlı onu yenidən qeydiyyata saldırmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR