Poroşenkonun oğlu atasının tənqidindən sonra “Ukraine” köynəyində – VİDEO

Ukrayna prezidenti Petro Poroşenkonun kiçik oğlu Mixail anası Mariya Poroşenkonun apardığı “İdman dünyasında” adlı səhər proqramının çəkilişində iştirak edib. O, verilişə üzərində “Ukraine” yazılmış köynək ilə gəlib.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Mixaildən başqa proqramda onun bacıları Yevgeniya və Aleksandra da iştirak edib. Qızlar isə üzərində heç bir yazı olmayan sadə köynək geyiniblər.

Xatırladaq ki, mayın əvvəllərində sosial şəbəkələrdə Mixail Poroşenkonun üzərində “Russia” yazılmış köynəklə çəkilmiş fotosu yayılmışdı.

Bu, internet istifadəçiləri arasında böyük səs-küyə səbəb olmuşdu.

Prezidentin oğlu çəkiliş boyu arxası kameraya olub, belə ki, məhz köynəyin arxasında böyük hərflərlə “Ukraine” yazılmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR