Ucar sakini Mədət Quliyevdən kömək istədi – Müraciət

Qafqaz Xəbər Agentliyinə Ucar rayonu Firdovsi küçəsi ,ev 9 sakini Novruzov Ələkbər  İslam oğlu tərəfindən müraciət daxil olub

                              MÜRACİƏT

Hörmətli Mədət Quliyev  !

Sizə bildirirəm ki,  özünü Azərbaycan Respublikasının  Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edən  Bakı şəhəri Nəsimi rayonu Pişəvəri küçəsi ,ev 21 sakini 08.10.1982-ci il tarixdə anadan olmuş Heydərov Azər Əliheydər oğlu bacısı Həsənova Günay Əliheydər qızı ilə qabaqcadan əlbir olaraq dələduzluq yolu ilə bizi aldadıb əmlakımızı talan etmişdilər.Bunu təsdiq edən konkret və mötəbər sübutlarımız var.

Belə ki, özümüzə məxsus lazer epilyasiya aparatını satmaq üçün internetdə elan vermişdik.Bakı sakinləri Heydərov Azər Əliheydər oğlu və onun bacısı Həsənova Günay Əliheydər qızı bizimlə telefon əlaqəsi saxlayıb sövdələşib 2016-cı ilin fevral ayı tarixində həmin aparatı Ucar rayonuna gəlib 4000 (dörd min) manata aldılar. Aparatı hərtərəfli yoxlayıb aldılar.Epilyasiya aparatının üstündə onlara 1 ədəd quşetka, 1 ədəd fotoepilyasiya aparatı və 1 ədəd elektrik nizamlayıcısı verdik.

Bundan 3 ay sonra Azər Heydərov və bacısı Günay Həsənova bizə zəng edib həmin aparatı geri qaytarmaq istədiklərini bildirdikdə biz razı olduq. Biz onlara 3000 manat ” AsseccBank ” vasitəsi ilə pul göndərdik. Ancaq aparatı vermədilər , qalan 1000 manatı da verəndən sonra aparatı qaytaracayıq  dedilər.Həmin ərəfədə aparata müştəri çıxdı və buna görə biz Azər Heydərovla əlaqə saxlayıb bildirdik ki, aparatı gətirin nağd pula almaq istəyən var ,satın qalan 1000 manatınızı götürün. Azər Heydərov bizə bildirdi ki, aparatı 800 manata satmışam.Biz onların bu dələduz əməllərinə etiraz etdikdə bizə hədə-qorxu gəldilər, nalayıq sözlərlə təhqir etdilər.Bundan sonra bizə məlum oldu ki, bu bacı-qardaş qabaqcadan əlbir olub dələduzluq yolu ilə bizi aldadıb əmlakımızı ələ keçirib talamışdırlar.Onların bu hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibini yaradır.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yarıtmaz fəaliyyəti nəticəsində çoxlu sayda insanlar əziyyət çəkdilər və buna görə cənab Prezident həmin qurumu ləğv etdi.İndi Allaha çox şükür olsun ki, DTX adlı yeni qurum yaranıb və Sizin kimi dövlətini sevən insan rəhbər təyin edilib. Ancaq çox təssüf olsun ki, Eldar Mahmudovun yaramaz yolunu davam etdirən Azər Heydərov kimi dələduz DTX kimi mötəbər bir idarədə vəzifə daşıyır.Mən inanıram ki, Sizin bundan məlumatınız yoxdur və bu müraciətimdən sonra araşdırıb tədbir görəcəksiniz.
Hörmətli Mədət Quliyev  !
Sizdən çox-çox xahiş edirəm qabaqcadan əlbir olub etibarımızdan sui-istifadə edib bizi aldadıb dələduzluq yolu ilə əmlakımızı talan etmiş Azərbaycan Respublikasının  Dövləti Təhlükəsizlik Xidmətinin əməkdaşı Heydərov Azər Əliheydər oğlunun barəsində qanunu tədbirlər görəsiniz.

Əlaqə telefonu; (055) 499-54-99  

İmza; Novruzov Ələkbər İslam oğlu  

Qafqaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR