Dünya gözəlləri Bakıda futbol oynadı – FOTO

Müsabiqənin finalı sentyabrın 14-də “Baku Crystall Halll”da keçiriləcək.

Dünya gözəlləri Bakıda futbol oynayıblar, yoqa və idman dırmanması ilə məşğul olublar.

Qafqaznews.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, nüfuzlu “Miss Globe International” 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalçıları Bakıda futbol oynayıblar, yoqa və idman dırmanması ilə (climbing – süni divara dırmanma) məşğul olublar.4f3b10accf54

Məşğuliyyətlər beyəlxalq dərəcəli idman ustası Sahil İsgəndərovun rəhbərliyi altında keçirilib. İştirakçıların sözlərinə görə, onlar əsl enerji ehtiyatı və xeyli müsbət emosiya əldə ediblər.

“Miss Globe International” müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də “Baku Crystall Halll”da keçiriləcək.

Müsabiqə RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın “Radio Killer” qrupu var. Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq.

“Miss Globe International” dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irsi, dini inancı və milliyətindən asılı olmayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

2aa9a61e7f856a444e12b9b09d43c36430fc574bc6ee187c

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR